Dövlət İmtahan Mərkəzi (DİM) ədliyyə orqanlarına qəbul imtahanında iştirak etmək üçün sənədləri qəbul edilmiş namizədlərə müraciət edib.

DİM-dən İqtisadiyyat.az-a verilən məlumata görə, namizədlər 9 noyabr saat 14:00-dan 25 noyabr saat 11:00-dək imtahanda iştirak haqqını ödəyərək qeydiyyatdan keçə bilərlər.

Qeyd edilib ki, test imtahanı 1 dekabr 2024-cü il tarixində saat 10:00-da DİM-in elektron imtahanlar korpusunda (Bakı ş. Binəqədi r. S.S.Axundov, 50) kompüterlər vasitəsilə keçiriləcək.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat bitdikdən sonra – imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə biləcəklər.