İngiltərə Premyer Liqa komandalarından olan "Lester Siti" çıxış edən 26 yaşlı Türkiyə milli komandasının oyunçusu Çağlar Söyüncünün "Atletiko Madrid" ilə müqavilə imzalaması gözlənilir.

İqtisadiyyat.az xəbər verir ki, "Atletiko Madrid" klubunun baş məşqçisi Dieqo Simeone Çağlar Söyüncünün mümkün transferi haqqında danışıb.

"Çağlar Söyüncü gələn mövsüm bizə qoşulacaq və müdafiəmizə güc qatacaq"

26 yaşlı oyunçu 2018-ci ildə Almaniya Bundesliqa komandası olan "Frayburq"dan 21,10 milyon avroya "Lester Siti"yə transfer olunub.