Dövlət Gömrük Komitəsi "Xəzər Logistika Company" MMC-yə cərimə yazıb.

İqtisadiyyat.az xəbər verir ki, buna şirkətin qısa idxal bəyannaməsini malların gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməməsi səbəb olub.

Buna görə də DGK şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib və iş hakim Nəriman Mehdiyevin icraatına verilib.

Qeyd olunan maddənin pozulmasına görə, vəzifəli şəxslərin min manat məbləğində, hüquqi şəxslərin min beş yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulub.