Milli Məclisdə qaz limitinin ləğv olunması təklif edilib.

İqtisadiyyat.az Ölkə.Az-a istinadən xəbər verir ki, belə bir təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı çıxış edib.

“Qaz limiti ləğv olunmalıdır. Qaza 100 manat vurursan, avtomatik görürsən ki, 50 manat yüklənir. Qaz limiti ləğv olunmalıdır. Camaat limitlə bağlı artıq boğaza yığılıb. Elə qiymət müəyyənləşməlidir ki, cammat onu ödəyə bilsin”, - deputat bildirib.