"Kino sahəsində, xüsusilə də kommersiya filmləri üçün əlavə dəyər vergisi ləğv edilməlidir. Çünki büdcəsən ayrılan vəsait kino sahəsi üçün elə də çox deyil".

İqtisadiyyat.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib.

Onun sözlərinə görə, kino sahəsinin ƏDV-dən azad edilməsi ilə bu sahədə imkanları artırmaq olar.