"Bu gün islamofob və antiazərbaycan kampaniyalar aparıb ölkəmizə qarşı qarayaxmalar edərək nüfuzumuza xələl gətirmək istəyən qəlbiqara riyakar dairələr var. Amma COP29 antiazərbaycan və islmofob baxışlarını sərgiləyən bütün dairələr üçün ən yaxşı cavabımız olacaqdır". 

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O xatırladıb ki, Azərbaycan COP29 beynəlxalq konfransına ev sahibliyinə bir ildən də az vaxt ərzində hazırlaşıb. Dövlət başçısının tapşırığına əsasən təşkilat komitəsi yaradılıb və qısa zaman kəsiyində təşkilati işlərə start verilib:

"Zamanın az olmasına baxmayaraq, Azərbaycan COP29-a çox ciddi şəkildə hazırlaşdı. COP29-la bağlı infrastruktur formalaşdırıldı, yollarda yeni qaydalar tətbiq olundu və qonaqların ölkəmizdə rahat və təhlükəsizliyi üçün bütün tədbirlər görüldü. Doğrudur, Azərbaycanda COP29-un keçirilməsinə görə Qərbdə narahat olaraq təzyiqlər göstərməyə çalışanlar da oldu, amma Azərbaycan müstəqil siyasət yürüdür və heç bir qara qüvvə haqq işimizə kölgə gətirə bilməz. COP29-da iştirakla bağlı 67 mindən çox şəxs qeydiyyatdan keçdi. Dünəndən başlayaraq dövlət və hökumət rəhbərləri ölkəmizə səfər etməkdədirlər. Prezident İlham Əliyev xarici qonaqları qəbul edərək ölkəmizdə salamlayır və ölkələrarası ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi, COP29-la bağlı məsələlər müzakirə olunur. 11 noyabrdan başlayaraq dünyanın nəbzi Bakı ilə döyünməyə başlanmışdır. Ölkəmizə gəlmiş çaxsaylı qonaqlar COP29-la bağlı tədbirlərdə iştirak edirlər və müxtəlif mövzularda müzakirələr aparırlar".

Bu gün dünyanı iqlim dəyiklikləri ilə bağlı məsələnin çox narahat etdiyini vurğulayan deputat söyləyib ki, atmosferə atılan karbon emmisiyaların artması canlı aləmin gələcəyi üçün böyük təhlükəyə çevrilib: "İqlimin dəyişməsi buzlaqların əriməsinə və okeanlarda suyun səviyyəsinin artmasına səbəb olur. Bu da bir çox ölkələri suyun altında qalması təhlükəsi ilə üzləşdirir. Digər tərəfdən, iqlimin istiləşməsi quraqlıqların artmasına, şirin suların azalmasına və su hövzələrin qurumasına gətirib çıxarır. Məhz bu halların sürətlənməməsi üçün ciddi tədbirlərin görülməsi vacibdir. Azərbaycan COP29-a ciddi təşəbbüslərlə zəngin gündəlik təqdim etmişdir. Ölkəmiz COP29-un nəticəyönümlü olmasına çalışır. Biz ilk gündən dünyada körpülərin salınmasına və həmrəyliyin formalaşdırılmasına çalışdığımızı bildirmişik. Həqiqətən bu gün iqlim dəyişikliklərə qarşı mübarizəni genişləndirmək üçün qlobal həmrəyliyin nümayiş etdirilməsi vacibdir. Ölkəmiz İqlim maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasını və bu fondun maliyyəsinin 1 milyard dollardan 2 trilyon dollara qədər artırılmasını təklif edib. Təəssüf ki, iqlimi ən çox çirkləndirən və iqlim dəyikliklərin sürətlənməsinə ən çox təsir göstərən qərb ölkələri COP29-dan müxtəlif bəhanələrlə yaxasını çəkməyə çalışır. Amma hər bir ölkə bu məsələdə iştirak etməli və iqlim dəyişmələrin sürətlənməsnə səbəb olan inkişaf etmiş ölkələr daha çox maliyyə ödəməlidirlər. Hesab edirəm ki, Bakıda keçirilən COP29 dünyada iqlim dəyikliklərə qarşı mübarizədə qlobal həmrəyliyə nail olunduğu beynəlxalq konfrans kimi tarixə düşəcəkdir". 

A.Badamov qeyd edib ki, COP29-un keçirilməsinin ölkəmizə də müxtəlif istiqamətlərdə əhəmiyyəti vardır: "Prezident İlham Əliyev ölkəmizə gələn bütün dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirir. Bu görüşlər ölkəmizin əməkdaşlıq imkanlarını genişləndirmək baxımından çox əhəmiyyətlidir. COP29 həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasına müsbət təsir göstərir. Çünki, ərazicə o qədər də böyük ölkə olmasaq da, COP29 kimi beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edib keçirə bilirik. Bunun üçün ilk növbədə ölkənin iqtisadi gücü vacibdir. Məhz iqtisadi imkanlarınmız sayəsində qısa zaman kəsiyində bu tədbirə ev sahibliyi üçün hazırlıq tədbirləri görə bildik. Bununla yanaşı, COP29-u siyasi sabitliyi təmin etmiş ölkələrdə keçirirlər. Çünki dövlət və hökumət başçısı ölkəmizdə bir araya gəlirlər. Əgər siyasi sabitlik olmasa, onların bir yerdə tədbirdə iştirakı mümkün deyil. Bu baxımdan Azərbaycanın siyasi sabitliyi və təhlükəsizliyi təmin etmiş ölkə olduğunu bütün dünya ictimaiyyəti qəbul etmişdir. Ölkəmizə gələn yüksək səviyyəli qonaqlar öz gözləri ilə bir sabitlik adasına gəldiklərinin şahidi olurlar. Bu da ölkəmizin etibarlı tərəfdaş olduğunu bir daha təsdiq etmiş olur".  

Deputat bildirib ki, COP29 həm də ölkəmizə iqtisadi dividendlər qazandırır: "Belə ki, bu  beynəlxalq tədbir ölkəmizin bərpa olunan enerji və qeyri neft sektoruna investisiyaların axının sütrətlənməsinə töhfə vermiş olacaqdır. Çünki investorlar iqtisadiyyatı dinamik inkişaf edən, siyasi sabitliyi təmin olunmuş ölkələrdə investisiyalar yatırmasına maraqlıdırlar. O cümlədən, ölkəmizin iqtisadi potensialı və investisiya mühiti investiorlar üçün çox maraqlı olacaqdır. COP29-a gəlmiş müxtəlif sahələri əhatə edən qonaqlar ölkəmizin iqtisadi potensialı ilə tanış olmaq imkanına malik olacaqlar və bu da gələcəkdə ölkəmizə marağın artmasına yol açacaqdır. COP29 həm də ölkəmizin turizm potensialının təbliği baxılmından çox yaxşı fürsətdir. Belə ki, gələn qonaqlar ölkəmizin mədəniyyəti, tarixi yerləri, işğaldan azad olunmuş ərazilərinin turizm potensialı, mətbəxi və gəzməli yerləri ilə tanış ola biləcəklər. Bu da həmin şəxslərin gələcəkdə də ölkəmizə səfərlərin edilməsinə, o cümlədən öz ölkələrinə qayıtdıqdan sonra ətrafında olan insanlara ölkəmiz haqqında məlumatların verilməsinə imkan verəcəkdir".

"Ölkəmizdəki sabit və təhkəsiz mühit dünya ictimaiyyətində Azərbaycana marağın artmasına səbəb olacaq. Həm də turizm sektorunda aktivliyin artması yeni iş yerlərinin açılmasına və qeyri-neft sektorun digər sahələrinin də inkişafına bir impuls vermiş olacaqdır. COP29 Azərbaycanın ləyaqətli və etibarlı tərəfdaş olduğunu dünyaya bir daha tanıdacaq. Bu da beynəlxalq arenada sözümüzün gücünün artmasına və mövqelərimizin möhkəmlənməsinə töhfə vermiş olacaqdır. Azərbaycanın dünyada dostlarının sayı hər gün artmaqdadır. Dostlarımızın sayının artması sözümüzün gücünü də artıırır və bizə qarşı düşmənçilk etməyə çalışan ölkələrin çirkin planlarını puç edəcəkdir".

İsmayıl Bakuvi