"Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Çinə dövlət səfəri zamanında olan məsələdir. Nəzərə alsaq ki, dövlət başçımız səfərə başlamadan öncə Sinxua Xəbər Agentliyinə müsahibəsində bir sıra mətləblərə toxunarkən onu əsas vurğuladı ki, Çin ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olaraq qalır və qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilir".
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, səfər öncəsi eyni notlar üzərində açıqlama Çin tərəfindən də verilib: "Belə ki, Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Quo Jiakun bildirdi ki, İlham Əliyevin səfəri zamanı Prezident Si onunla ikitərəfli münasibətlərin inkişafı üçün yeni planın hazırlanması üçün danışıqlar aparacaq. İkitərəfli və çoxtərəfli kontekstdə müxtəlif sahələr üzrə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparıldı. Bu onu göstərir ki, Çin-Azərbaycan münasibətləri dövlət başçılarının rəhbərlik etdiyi strateji tərəfdaşlıq nümunəsidir. Mövcud səfər yaşıl enerji, turizm və digər əsas sahələrə diqqət yetirməklə iki xalq arasında əməkdaşlığı daha da gücləndirəcək".
"Müəyyən ölkələrin tariflərin silahlaşdırılması nəticəsində yaratdığı qeyri-müəyyənliklər fonunda hər iki ölkə addımlarında azad ticarət və “win-win” əməkdaşlığa sadiqliyin cəlbediciliyini vurğulayırlar. Dövlət başçımızın 2014 və 2015-ci illərdə Çinə əvvəlki səfərlərini, həmçinin 2019-cu ildə Pekində keçirilən “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq üzrə ikinci forumunda iştirakı zamanı Çin sədri ilə görüşləri və səmərəli müzakirələri ilə bugünkü münasibətlərin təməlində güclü dayanır", - A.Badamov əlavə edib.
Deputat həmçinin vurğulayıb ki, məhz qarşılıqlı səfərlərin və imzalanmış ikitərəfli sənədlər sayəsində bu gün Azərbaycanla Çin arasında ticari iqtisadi əməkdaşlıq dərinləşməkdədir:
"Kəmər və yol layihəsinə qoşulmağımız və Orta dəhliz çərçivəsində ərsəyə gətirdiyimiz beynəlxalq nəqliyyat logistik komunikasiyaları böyük bir coğrafiya arasında körpülər yaratmışdır. Bu baxımdan Azərbaycanla Çin arasında əməkdaşlığın böyük perespiktivlərinin olduğunu deyə bilərik. Dövlət başçımızın Çinə səfəri çərçivəsində imzlanmış sənədlər və Birgə Bəyanat ölkələrimiz arası münasibətləri yeni səviyyəyə qaldıracaqdır. Ümumiyyətlə cənab Prezident İlham Əliyevin Çinə səfəri tarixi əhəmiyyət daşıyır və bu günün dəyişkən nizamı olan dünyada ölkəmizin mövqelərini möhkəmləndirir".
Elçin Mehdiyev