Deputat: “Azərbaycan dilinin dövlət dili kimi qorunmasının təməlində Ulu Öndərin uzaqgörən siyasəti dayanır”

"1970-ci illərin ortalarından başlayaraq SSRİ-də ictimai-siyasi mühitdə ciddi dəyişikliklər baş verməyə başladı. Xüsusilə milli dillərin sıxışdırılması və rus dilinin üstünlük qazandığı bu dövrdə Azərbaycan dilinin taleyi də təhlükə altına idi. Belə bir şəraitdə milli dili qorumaq və onun dövlət səviyyəsində hüquqi təminatını yaratmaq cəsarət və siyasi iradə tələb edirdi. O dövrün siyasi reallıqlarını nəzərə alsaq, milli dil məsələsini qaldırmaq, onu ictimai müzakirəyə çıxarmaq və Konstitusiyada təsbit etdirmək son dərəcə riskli və nadir hallarda mümkün olan bir addım idi. Ulu Öndər Heydər Əliyev bütün bu riskləri gözə alaraq, Azərbaycan dilinin qorunması və inkişafı uğrunda qətiyyətli mövqe nümayiş etdirdi. Onun rəhbərliyi ilə 1978-ci ildə qəbul olunan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması tarixi bir hadisə olmaqla yanaşı, milli varlığımızın qorunması yolunda əvəzsiz xidmət idi".
Xəbərlər yüklənir...








