Deputat: “Azərbaycan Çinlə strateji tərəfdaşlığın dərinləşməsində maraqlıdır”

"2025-ci il aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çin Xalq Respublikasının aparıcı dövlət informasiya agentliyi olan “Sinxua”ya verdiyi geniş müsahibəsində Azərbaycan-Çin əlaqələrinin dinamik inkişafı, ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri və regional təşəbbüslərdə birgə iştirakla bağlı əhəmiyyətli fikirlər səsləndirdi. Azərbaycan ilə Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və etimada əsaslanır. İki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyəsi, liderlər arasında formalaşmış səmimi dialoq və qarşılıqlı səfərlər bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində mühüm rol oynayıb. Xüsusilə 2023-cü il iyulun 3-də Astanada imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” bu istiqamətdə dönüş nöqtəsi kimi qiymətləndirilməlidir".
Müəllif
İstifadəçi hesabXəbərlər yüklənir...








