Suriyanın paytaxtı Dəməşqin Seyyide Zeynəb bölgəsində 6 nəfərin ölümü ilə nəticələnən partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə terrorçu təşkilat sosial media hesabında açıqlayıb.

Xatırladaq ki, paytaxt Dəməşqdə motosikletə yerləşdirilən bomba İranın dəstəklədiyi xarici terror qruplaşmalarının çoxluq təşkil etdiyi Seyyide Zeyneb bölgəsində işə salınıb.

Suriya administrasiyasının xəbər agentliyi SANA partlayış nəticəsində 6 nəfərin öldüyünü, 23 nəfərin yaralandığını bildirib.