Azərbaycanda dayanma, durma, parklanma, o cümlədən ödənişli parklanma ilə tənzimləmənin təkmilləşdirilməsi və bu sahədə olan bəzi cərimələrin artırılması təklif olunur.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Bakı Nəqliyyat Agentliyinin Hüquq şöbəsinin müdir müavini Daşqın İbadov deyib.

İclasda qeyd olunub ki, layihə hazırlanarkən bu sahədə beynəlxalq təcrübə nəzərə alınıb.

Müzakirələrdən sonra layihə birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.