Daşınmaz əmlakın sığortasının qanunvericilikdə icbari sığorta olması və icbari sığorta olduğuna görə sanksiyalar nəzərdə tutulub. Onun tətbiqi ilə bağlı bir neçə texniki işlər görülməlidir. Belə ki, daşınma əmlak sahibinin əmlakını sığorta etdirib -etdirməməsi barədə məlumatın dəqiqləşməsi üçün dövlət əmlak qeydiyyatını həyata keçirən qurumla İcbari Sığorta Bürosunun sistemləri arasında inteqrasiya olmalıdır.İnteqrasiya olmalıdır ki, hansı əmlaklar var onlardan hansıları sığortalıdır, hansıları sığortasızdır.

Bunu açıqlamasında Mərkəzi Bankın baş direktoru Ziya Əliyev deyib. 

Onun sözlərinə görə o istiqamətdə hazırda qanunvericilik bazası yaradılmaldır. Bununla əlaqədar "İcbari Sığorta Haqqında qanun"un tətbiqi ilə bağlı cənab prezidentin müvafiq fərmanına müəyyən dəyişikliklər olunmaldır. Bu dəyişikliklərin layihəsi artıq hazırlanıb,müvafiq olaraq bütün  qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə göndərilib.Orada da ekspertizadan keçib müsbət rəy aldıqdan sonra növbəti instansiyaya yönləndirilib.Biz güman edirik ki, yaxın müddətdə həmin layihə Milli Məclisin müzakirəsinə təqdim olunacaq. Hüquqi baza tam yaranandan sonra texniki sahədə də ona paralel müəyyən hazırlıq işləri görülüb onlar da tamamlanacaq. Ona görə ki, hüquqi baza olmadan onları  tamamlamaq mümkün deyil.Tamamlandıqdan sonra artıq müvafiq orqanlar kifayət qədər daşınmaz əmlak sahibi olub lakin onu vaxtında sığortalayanlarla  bağlı müvafiq şəkildə iş aparmaq imkanına malik olacaqlar.Düşünürük ki, bundan sonra  Daşınmaz əmlakın icbari sığortası ilə bağlı böyük bir irəliləyiş olacaq.

Ziya Əliyev sığorta maarifləməsi istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən maariflənmə tədbirlərinə də toxunaraq " Bununla paralel biz cənab prezidentin hələ uzun illər bundan əvvəl müvafiqtapşırığı var idi. Həmin tapşırığın icrası ilə bağlı geniş miqyasda və intensiv maarifləndirmə  kampaniyası başlanılıb.Bu tədbirlər düşünürük kibu sahədə sığortalanmanın icbari sığortanın tətbiqində bir xeyli irəliləyiş əldə etməyə imkan verəcək,"-deyə qeyd edib.fins