Bu ilin yanvar-avqust ayları ərzində 337 787 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

İqtisadiyyat.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,3 % çoxdur.

8 aylıq göstəricinin 53 117-si (15,7 %) ilkin, 284 670-si (84,3 %) isə təkrar qeydiyyatın payına düşüb.

Mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 35 111-i fərdi yaşayış və bağ evi, 63 705-i mənzil, 231 406-sı torpaq sahəsi, 2 106-sı qeyri-yaşayış binası, 4 910-u qeyri-yaşayış sahəsi, 477-si əmlak kompleksi, 72-si isə çoxmərtəbəli yaşayış binasıdır. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların 66 775-i Bakının, qalanı isə bölgələrin payına düşüb.

Hesabat dövründə 273 750 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,8 % çoxdur.

Son 1 ildə qeydiyyata alınmış ipoteka müqavilələrinin sayı isə 18,4 % artaraq 54 074 olub.