Ukrayna prezidenti Volodimir Zelenski və Danimarkanın Baş naziri Mette Frederiksen ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini İqor Jovkva qeyd edib.

Məlumata görə, Danimarka G7-nin üzvü olmayan və belə bir sənədin imzalandığı ilk ölkə olub.

Bildirilib ki, 2024-cü ildə Danimarkanın Kiyevə hərbi dəstəyi ən azı 1,8 milyard avro təşkil edəcək.

 

Gözəl Həşimova