Danimarka və Niderland ukraynalı pilotlara F-16 qırıcılarından istifadə etməyi öyrətmək üçün Avropa qrupuna rəhbərlik edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin Qərbin Ukraynaya silah tədarükünü koordinasiya etmək üçün yaratdığı çoxmillətli qrupun növbəti iclasından sonra keçirilən mətbuat konfransında deyib.

İclası onlayn formatda keçirilib.

Yaxın həftələrdə tərəfdaşlar təlim infrastrukturu yaradacaq və təlimlərə başlayacaqlar.