Danimarka Ukraynaya 833 milyon dollar dəyərində hərbi yardım edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi Ukraynaya yeni hərbi dəstək paketini açıqlayıb.

Sözügedən paketə tanklar, maşınlar, tank sursatları və zenit silahları daxil olacaq. Paketin 2023, 2024 və 2025-ci illərdə üç hissə şəklində verilməsi gözlənilir.

Qeyd edək ki, bu paket müharibə başlayandan bəri Danimarkanın Ukraynaya ayırdığı ən böyük yardımdır.

 

Gözəl Həşimova