Danimarka hökuməti Ukraynaya 313 milyon dollarlıq yardım paketi barədə razılığa gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Bildirib ki, ayrılan vəsaitdən təxminən 200 milyon kron (28,5 milyon dollar) Ukrayna hərbi-sənaye kompleksinin inkişafına yönəldiləcək. Məbləğin qalan hissəsi pilotsuz təyyarələrin, döyüş sursatlarının, raket komponentlərinin alınmasına və istehsalına, həmçinin Ukrayna Hərbi Dəniz Qüvvələrinin yenidən silahlanmasına sərf olunacaq.

Qeyd olunur ki, beş il ərzində Kopenhagen Kiyevə 5,9 milyard dollar ayırmaq niyyətindədir ki, bunun da 3,29 milyard dolları Ukrayna Fondunun ehtiyatlarına daxil olacaq.

 

Gözəl Həşimova