Danimarka hökuməti bir çox müsəlman ölkələri ilə gərginliyi azaltmaq səyləri çərçivəsində ictimai yerlərdə Quran nüsxələrinin yandırılmasını qadağan edən qanun təklif edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Peter Hummelqaard mətbuat konfransında bildirib.

"Hökumət dini icma üçün fundamental əhəmiyyət kəsb edən obyektlərdən qeyri-qanuni istifadəni qadağan edən qanun təklif edəcək", - nazir vurğulayıb.

Bildirilib ki, ictimai yerlərdə Quran, İncil və digər müqəddəs kitabları yandıranlar cəzalandırılacaq.

 

Gözəl Həşimova