Danimarka İsrail-Fələstin münaqişəsi səbəbindən humanitar vəziyyətin pisləşdiyi Qəzza və İordan çayının qərb sahilindəki mülki şəxslər üçün əlavə 7,1 milyon dollar yardım vəd edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Danimarkanın İnkişaf Əməkdaşlığı və Qlobal İqlim Siyasəti naziri Dan Yorgensen bildirib.

"Qəzzada humanitar vəziyyət kritikdir. Bu səbəbdən humanitar təcili yardım məbləğini 50 milyon kron (7,1 milyon dollar) artırırıq. Bu vəsait onların ehtiyaclarını ödəmək məqsədi daşıyır. Belə ki, sözügedən məbləğ insanların su, yemək və sığınacaq kimi təcili ehtiyacları üçün istifadə ediləcək", - deyə o, vurğulayıb.

 

Gözəl Həşimova