Danimarka qarşıdakı 10 il ərzində müdafiə xərclərini üç dəfə artıraraq 21 milyard dollara çatdıracağını deyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə dünya mediasında xəbər yayılıb.

Danimarka müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen mətbuat konfransında ölkəsinin müdafiə və təhlükəsizlik siyasətində “dönüş nöqtəsində” olduğunu bildirib.

Nazir bildirilib ki, xərclərin artırılması qərarı NATO-nun ümumi daxili məhsulun (ÜDM) ən azı 2 faizini müdafiəyə ayırmaq hədəfinə yönəlib.