Dani Alvesin həyat yoldaşı boşanmaq üçün məhkəməyə müraciət edib.

 İqtisadiyyat.az xəbər verir ki, İspaniya mətbuatında yazılanlara görə ispan model Joana Sanz  futbolçunu təcavüzdə günahlandıran qıza inanır. Buna görə də o, futbolçu ilə heç bir əlaqəsinin qalmasını istəmir.

Qeyd edək ki, əvvəlcə o, braziliyalıya çox dəstək olsa da, lakin sonra Dani Alveşin özünün xəyanət faktını etiraf etdiyinə görə onunla əlaqəsini kəsmək fikrinə düşüb.