20 yanvar 2023-cü ildə Meksikadan Barselonaya gedərkən saxlanılan Dani Alveş daha sonra məhkəmə tərəfindən cinsi təcavüzə görə həbs edilib. Təxminən 14 ay sonra girovu ödənildikdən sonra Alves azadlığını bərpa edib. İspan mətbuatı girov pulunu kimin ödədiyi ilə bağlı iddia irəli sürüb.

İqtisadiyyat.az xəbər verir ki, "Record"un İspan mətbuatına əsaslanaraq verdiyi iddiaya görə, Braziliyanın çox məşhur bir jurnalı futbolçunun başına gələnləri izah etməsi qarşılığında Dani Alveşə 1 milyon avro girov ödəyib.

Daha əvvəl məşhur braziliyalı futbolçu Neymar və dostlarının Alveşin girov pulunu ödədiyi iddia edilmişdi. Azadlığını bərpa edən Dani Alveş İspaniya mətbuatının iddiaları doğru olarsa, həbsdə olduğu müddətdə yaşadığı hər şeyi Braziliyanın ən məşhur jurnallarından birinə danışacaq.