Dünyaca məşhur rəssam Salvador Dalinin oğurlanmış 2 tablosu tapılıb.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu barədə İspaniya polisi məlumat yayıb. Tabloları oğurlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb, tablolar qanuni sahiblərinə qaytarılıb.

Qeyd edək ki, 300 min avroluq iki tablonun oğurlanması ilə bağlı ötən ilin əvvəlində araşdırma başladılmışdı.