"LİFTTƏMİR" istehsalat birliyi elan etdiyi tenderi başa vurub.
İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi bu dəfə də "SUPPLY-A" MMC olub. Qalib şirkətə 78.392,67 AZN ödəniləcək.
Qeyd edək ki, tenderdə iştirak haqqı 150 AZN, predmeti isə Bakı şəhərində lift avadanlıqlarıın təmir-bərpası üçün məmulatların satınalınmasıdır.
Satınalan təşkilatın VÖEN-i: 1400266501
Satınalan təşkilatın ünvanı: Bakı ş., D.Əliyeva 164
Ətraflı: https://www.etender.gov.az/main/competition/detail/287894
Bildirək ki, "SUPPLY-A" QSC adətən Baklift-1 İxtisaslaşdirilmiş İstehsalat İdarəsinin tenderlərini qazanır. Şirkət əsasən lift ehtiyyat hissələri, terminallarının quraşdırılması və boru kəmərlərinin cari təmiri üçün materialların satın alınması işləri üzrə xidmət göstərir.