17 yanvar 2022-ci il tarixində sığorta sahəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankında attestasiya keçirilib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumata görə,nəticələrə əsasən attestasiyada iştirak edən 2 nəfər namizəd keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 4.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

Attestasiyanın nəticələrinə dair məlumat

(rəhbər şəxslər)

 

Namizədin adı Topladığı bal
1 Haqverdiyeva Günel Oqtay qızı 72 bal

 

Attestasiyanın nəticələrinə dair məlumat

(sığorta vasitəçiləri)

 

Namizədin adı Topladığı bal
1 Tağıyev Namiq Faiq oğlu 80 bal