"Marsel"in hücumçusu Aleksis Sançes karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. "Əl Fateh" klubu çilili hücumçuya böyük məbləğli müqavilə təklif edib.

"Marsel" 34 yaşlı futbolçunu buraxmaq niyyətində deyil. Klub müqaviləsi başa çatan oyunçu ilə yeni sözləşmə imzalamaq istəyir.

Sançes ötən mövsüm Liqa 1-də 35 oyunda 14 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bundan əvvəl Səudiyyə Ərəbistanı təmsilçisi "Əl İttihad" "Real"dan ayrılan Kərim Benzemanı transfer edib.