İqtisadiyyat.az xəbər verir ki, yığıncaq iyunun 5-nə təyin olunub.

Yığıncağın gündəliyinə şirkətin ötən ilin hesabatı və maliyyə ­hesabatlarının təsdiq edilməsi, dividendlərin ödənilməsi və digər məsələlər daxil edilib.

Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələ ilə bağlı sənədlərlə hər həftənin iş günləri saat 13.00-dək cəmiyyətə gəlməklə tanış ola bilərlər.

Xatırladaq ki, “Bakı Toxuculuq Qalantereya” 1997-ci ildən fəaliyət göstərir və 1 321 168 manatlıq nizamnamə kapitalına sahibdir. Qurumun qanuni təmsilçisi Elvin Əhmədli Kərim oğludur.