2025-ci ildən Rusiyanın Novosibirsk şəhərində yeni turist vergisi tətbiq ediləcək.
İqtisadiyyat.az xarici mətbuata istinadən xəbər verir ki, 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək verginin miqdarı 1% təşkil edəcək və tədricən artacaq.
Bu verginin 2029-cu ilə qədər 5%-ə qədər artacağı gözlənilir. Verginin ilk gəlirləri 2025-ci ilin aprel ayının sonuna qədər büdcəyə daxil olacaq.
Qeyd edək ki, 2023-cü ildə Novosibirsk şəhəri Sibirdə turist axınına görə birinci, Rusiyada isə onuncu yerdə qərarlaşıb.