"Trendyol" beynəlxalq genişlənməsi çərçivəsində Ukrayna bazarına çıxmağa hazırlaşır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, "Trendyol" Almaniya, Azərbaycan, Körfəz ölkələri və Mərkəzi və Şərqi Avropa bazarlarında fəaliyyətinin ardınca Ukraynanı beynəlxalq genişlənmə strategiyasına daxil edib.

Bildirilib ki, Ukraynada sürətlə inkişaf edən e-ticarət bazarı və ukraynalı istehlakçıların türk məhsullarına marağı mühüm bir potensialdır.

 

Gözəl Həşimova