Niderlandın baş naziri Mark Rutte bu gün Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşüb.
Bu barədə "De Telegraaf" nəşri yazıb.
Rutte görüş zamanı bildirib ki, Niderland da Ukraynaya müasir "Patriot" zenit-raket kompleksi verəcək.
"Biz Almaniya və ABŞ-ın təşəbbüsünə qoşulmaq və Ukraynaya "Patriot"lar göndərmək niyyətindəyik", - o deyib.