İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib.

O bildirib ki, Bolqarıstan, Rumıniya, Malta, Xorvatiya, Monteneqro, Şimali Makedoniya, Estoniya, Latviya və Yaponiyadan olan adi pasport sahibləri 30 noyabr 2024-cü il və 31 dekabr 2025-ci il tarixləri arasında Çinə vizasız gedə bilərlər.

Vizasız qalma müddəti isə 15 gündən 30 günə qədər uzadılacaq.

 

Gözəl Həşimova