Bu gün 11 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 35 fərdi yaşayış evi təqdim edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, 2020-ci ildə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan 1100-dən çoxu artıq verilib. Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9000-ə yaxın mənzil və fərdi ev təqdim edilib.