Son 24 saat ərzində humanitar yardım daşıyan 258 yük maşını yoxlanılaraq Qəzza zolağına buraxılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Koordinasiya Ofisi bildirib.

Məlumata görə, onlardan 166-da təxminən 7 milyon funt sterlinq dəyərində 3,17 min ton ərzaq olub.

Bundan əlavə, Qəzzanın şimalına havadan təxminən 113,4 ton ərzaq atılıb.

 

Gözəl Həşimova