Dağıstanda güclü qasırğa baş verib.

İqtisadiyyat.az xəbər verir ki, qasırğa nəticəsində paytaxt Mahaçqala və ətraf ərazilər ciddi ziyan görüb.

Sosial şəbəkədə yaılan videolardan aydın olur ki, qasırğa güclü küləklə müşayiət olunub, bu da tikintisi yarımçıq qalmış konstruksiyaları dağıdıb və avtomobillərə ciddi ziyan vurub. 

Külək dam örtüklərini və reklam bannerlərini də uçurub. Mahaçqala və Kaspiyskdə təxminən 20 ağac aşıb, sakinlər arasında xəsarət alanlar da var. Şəhər sakinlərindən biri qopmuş baner parçasının təsirindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Təbii fəlakət həmçinin genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub. Nəticədə, Kaspiysk, Mahaçqala, Rutul, Qunib, Çarodin, Axtı və Kura bölgələrində təxminən 90 min insan işıqsız qalıb.