Dünyada və ölkədə COVİD-19 pandemiyasının hökm sürdüyü bir ərəfədə gecəsini-gündüzünə qatıb, virusla mübarizə aparan tibb işçilərimiz fəaliyyətlərini hələ də yüksək səviyyədə davam etdirirlər. Onların işinə ilk növbədə ölkə başçısı İlham Əliyev qiymət verdi. Prezident hər fürsətdə həkimlərimizin əməyini dəyərləndirərək, onlara inamını, güvənini bildirdi. Təbii ki, tibb işçilərinin fəaliyyəti hər dönəmdə aktualdır. Elə indi də. İqtisadiyyat.az saytı həkimlərimizə dəstək xarakterli videosunu təqdim edir: