“Azərbaycanda indiyədək 300-dən çox jurnalist koronavirusa yoluxub”.

Bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

MŞ sədrinin sözlərinə görə, onlardan 14-ü vəfat edib.

Ə. Amaşov Mətbuat Şurasının təşkilatçılığı ilə 1100-dən yuxarı jurnalistin vaksinasiya olunduğunu da əlavə edib.