BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçılarını gedəcəkləri ünvana çatdırmaq üçün 16 nəqliyyat qovşağı yaradılıb.
İqtisadiyyat.az "APA-Economics"-ə istinadən xəbər verir ki, bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə COP29 Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu deyib.
O. Mahmudlu bildirib ki, qovşaqlar hotellərin və iştirakçıların yerləşdirildiyi yaşayış komplekslərin olduğu sahələrdə yaradılacaq:
"Bu, əsasən Bakı və Abşeronu əhatə edir. Qovşaqlar vasitəsilə hava limanına və konfransın keçirildiyi məkana daşımalar həyata keçiriləcək".