Amerikalı aktyor və müğənni Conni Depp Budapeştdə konserti öncəsi otel otağında yıxılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə dünya mediasında xəbərlər yayılıb.

Sənətçi “Hollywood Vampires” qrupunun çıxışından əvvəl xəstələnib, otağına həkim çağırılıb. 

Hadisədən əvvəl Depp qrupun səs yoxlamasında görünməyib, lakin musiqiçi bunu əvvəllər də etdiyi üçün heç bir şübhə yaratmayıb. Deppin huşunu itirməsinin səbəbi açıqlanmayıb.

Bildirilir ki, qrup üzvləri Budapeştdə planlaşdırılan konserti ləğv etmək qərarına gəliblər. 

Hazırda onun vəziyyəti yaxşıdır.