"Komandama Türkiyədəki vəziyyəti yaxından izləmək və hər cür yardım göstərmək üçün tapşırıq vermişəm".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden özünün Tviter hesabında yazıb. O, qeyd edib:

"Suriya və Türkiyədəki dağıntılar, insan tələfatı məni kədərləndirdi. Türkiyə ilə koordinasiyalı formada vəziyyəti izləmək və yardım etmək üçün tapşırıq vermişəm".