Bakıda fəaliyyət göstərən "Clinic medical" barəsində məhkəmə iddiası qaldırılıb.

İqtisadiyyat.az xəbər verir ki, iddiaya görə klinika İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərini pozub.

Həmin maddədə deyilir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Belə ki, Mərkəzi Bank tərəfindən qeyd olunan maddəyə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

İş hakim Nəriman Mehdiyevin sədrliyi ilə araşdırılacaq.