Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti cavab oyunları keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, "Mançester Siti" azarkeşləri önündə "Kopenhagen"i qəbul edib. Komandalar arasında Danimarkada baş tutan görüş İngiltərə təmsilçisinin qələbəsiylə başa çatıb - 3:1.

Günün digər oyununda "Real" "Leypsiq"lə üz-üzə gəlib. Komandalar arasında Almaniyada keçirilən matçda madridlilər qələbə qazanıb - 1:0.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

6 mart

00:00 Mançester Siti (İngiltərə) - Kopenhagen (Danimarka) 3:1

Qollar: M.Akanji, 5, J.Alvarez, 9 - M.Əlyunisi, 29. E.Haaland, 45+3

İlk oyun 3:1

00:00 Real (İspaniya) - Leypsiq (Almaniya) 1:1

Qollar: Vinisius, 65, V.Orban, 65

İlk oyun 1:0