Bu gün UEFA Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına yekun vurulacaq.

İqtisadiyyat.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma keçiriləcək.

Madrid "Atletiko"su azarkeşləri önündə Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək. Digər görüşdə isə "Barselona" Fransada PSJ-nin qonağı olacaq.

UEFA Çempionlar Liqası

1/4 final mərhələsi, ilk oyunlar

10 aprel

23:00 Atletiko (İspaniya) - Borussiya (Dortmund, Almaniya)

23:00 PSJ (Fransa) - Barselona (İspaniya)