Bazar markalarından olan cins şalvarların geyilməsinin ətraf mühit üçün təhlükəli olduğu sübut edilib.

İqtisadiyyat.az xəbər verir ki, müvafiq məlumatı "New York Post" nəşri dərc edib .

"Guangdong" Texnologiya Universitetinin araşdırmasına görə, cins şalvarın bir dəfə geyinilməsi atmosferə 2,5 kiloqram karbon qazının buraxılmasına səbəb olur. Eyni zamanda, cins şalvarların köhnəlməsi orta hesabla benzinlə işləyən avtomobili 10 kilometr sürməyə bərabərdir.

Bildirilib ki, cins şalvarlar tez bir zamanda istehsal olunur, göndərilir, köhnəlir, yuyulur və təxminən yeddi istifadədən sonra atılır.

Ekspertlərin fikrincə, "Shein", "Zara", "BooHoo" və "Forever 21" kimi pərakəndə satış şirkətləri sürətlə dəbdə olan əşyalar istehsal etmək üçün resurslardan həddindən artıq istifadə edirlər.

 

Gözəl Həşimova