“ABŞ-ın Çinlə müharibə aparmaq üçün kifayət qədər təlimi yoxdur”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ- ın təqaüdçü generalı Cek Kin bildirib:

“Reallıq budur və diqqət etməli olduğumuz şey odur ki, biz Çinlə müharibəyə lazımi səviyyədə hazır deyilik. Bölgədə effektiv hərbi çəkindirmə gücümüz yoxdur. Çinin ABŞ-dan daha çox gəmisi, daha çox təyyarəsi və daha çox raketi var”.