Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Rusiya Xarici İşlər Nazirliyinə gəlib.

İqtisadiyyat.az bu barədə TASS-a istinadən xəbər verir.

Bildirilib ki, nümayəndə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ukrayna böhranı ilə bağlı məsləhətləşmələr aparacaq.

Bundan əvvəl Rusiya diplomatik departamenti Çinin xüsusi nümayəndəsinin Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə də danışıqlar aparacağını bildirmişdi. Həmçinin, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin Rusiya, Almaniya, Polşa, Ukrayna və Fransaya səfərlər olacağını dilə gətirmişdi.