Çinin ləng iqtisadi artımı yanacaq tələbi ilə bağlı narahatlılar yaradıb. Bu da neft qiymətlərini ucuzlaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin oktyabr müqaviləsində bir barelin qiyməti 9 sent və ya 0,1% ucuzlaşaraq 87,46 ABŞ dolları olub.

"WTI" markalı neftin sentyabr müqaviləsində bir barelin dəyəri isə 6 sent və ya 0,1% azalaraq 84,34 ABŞ dollarına enib.

 

Gözəl Həşimova