Çin Ümumi İstehsalat Satınalma Menecerləri İndeksi (PMI) oktyabrda əvvəlki ayla müqayisədə 0,2 faiz artaraq, 49,4-ə yüksəlib. İndeks əvvəlki ayla müqayisədə artım qeyd etsə də, böyümə həddinin altında qalaraq, azalmanın davam etdiyini göstərir.

Bazar araşdırması şirkəti IHS Markit tərəfindən istehsal sektorundakı müəssisələrə göndərilən anketlərlə hazırlanan indeks avqustda 49,5, sentyabrda 48,1 və oktyabrda 49,2 ilə həddində qalıb.

Artımın aparıcı göstəricisi sayılan indeksdə 50-dən yuxarı qiymətlər iqtisadi fəaliyyətdə artımı, aşağıda olanlar isə azalmanı göstərir.