Çinin Honor şirkəti MagicOS 7.0 əməliyyat sistemini təqdim edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə çərşənbə günü Sinxua agentliyi məlumat yayıb.


Məlumatda qeyd edilir ki, MagicOS 7.0 müxtəlif əməliyyat sistemlərilə qarşılıqlı əlaqəni təmin edən dörd əsas texnologiyadan - Magic Ring, Magic Live, Turbo X və Magic Guard-dan ibarətdir.

2020-ci ilin noyabrında Huawei-dən müstəqilliyini elan edən Honor, 2022-ci ilin üçüncü rübündə Çinə təxminən 12,7 milyon mobil telefon tədarük edib. Şirkət 17,9% bazar payı ilə ölkədə ikinci yeri tutub.

Bundan əvvəl Huawei öz cihazlarında HarmonyOS əməliyyat sisteminin geniş şəkildə istifadə olunduğunu elan etmişdir. Çində bu əməliyyat sistemi Hongmeng adlanır. HarmonyOS ağıllı telefonlar, planşetlər, mobil qurğular və avtomobillər də daxil olmaqla müxtəlif qurğular üçün nəzərdə tutulmuş açıq mənbəli əməliyyat sistemidir.