2022-ci ildə Çinin əhalisi 1959-1961-ci illərdə ölkədə baş verən kütləvi aclıqdan sonra 60 ildə ilk dəfə azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi hesabat yayıb.

Departamentin məlumatlarına görə, Çin sakinlərinin sayı 1,411 milyard nəfərə qədər azalıb ki, bu da 2021-ci ilin sonundakı göstəricidən 850 min nəfər azdır:

“2022-ci ildə yeni doğulanların sayı 9,56 milyon nəfər, ölənlərin sayı isə 10,41 milyon nəfər olub”.

Qeyd olunur ki, əhalinin təxminən 15 faizi (209,78 milyon) 65 yaşdan yuxarı vətəndaşlardır. Əmək qabiliyyətli yaşda olanların (16 yaşdan 59 yaşa qədər) sayı 875,56 milyon nəfər təşkil edib ki, bu da ümumi əhalinin təxminən 62 faizini təşkil edir.