Çin yerli çip üçün tədqiqat və istehsal fəaliyyətini maliyyələşdirmək üçün 40 milyard dollarlıq fond yaratmağı planlaşdırır.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, "Circuit" Sənaye İnvestisiya Fondu 300 milyard yuan (41,1 milyard dollar) həcmində üçüncü və ən böyük investisiya fondunu yaratmaq niyyətindədir.

Məlumata görə, Çin Maliyyə Nazirliyi fəaliyyətə başlaması təsdiqlənən fonda 60 milyard yuan (8,2 milyard dollar) töhfə verə bilər.

"Böyük Fond" kimi tanınan firmanın məqsədi Amerika texnologiyasından asılılığın azaldılması və ölkəni təmin edən çip sənayesi yaratmaqdan ibarətdir.

Gülşən Şərif